USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şirkətlər “Yapı Kredi Bank”dakı vəsaitlərini geri çəkir

25.07.2023 Problemli Banklar
13 32
“Yapı Kredi Bank (Azərbaycan)” müştərilərini və onların pullarının itirir. Banka deposit yerləşdirən şirkətlər öz vəsaitlərini bankdan geri çəkirlər.

Kommersant.az xəbər verir ki, bankın açıqladığı hesabata görə “Yapı Kredi Bank”ın cəmi öhdəlikləri ötən ilin sonu ilə müqyisədə 56 milyon 538 min manat və ya 14.2 faiz azalaraq 341 milyon 14 min manata yüksəlib. Bu azalmanın əsas payçısı isə banka yerləşdirilən depozitlərin geri çəkilməsidir. Belə ki, “Yapı Kredi Bank”ın deposit portfeli 303 milyon 203 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 60 milyon 654 min manat və ya 16.67 faiz azdır.

Fiziki şəxslər bankdakı əmanətlərini 2 milyon 952 min manat artıraraq 83 milyon 703 min manat etsə də öhdəliklər cəminin azalmasının qarşısını ala bilməyib.

Bankda depoziti olan şirkətlər isə vəsaitlərinin 63 milyon 606 min manatını geri çəkərək öz depozitlərini 219 milyon 500 min manata endiriblər. Bu azalma 2022-ci ilin sonu ilə müqayisədə 22.46 faiz azdır.

  • Əvvəlki

    myCard Junior Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında idmançılarımıza dəstək olacaq

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0