USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Paşa Bank” cari ilin ilk yarısını mənfəətlə bitirib - HESABAT

25.07.2023 Bank
31 59
“Paşa Bank” 2023-cü ilin ilk yarısını 97 milyon 106 min manatlıq xalis mənfəətlə başa vurub. Bu da ötən ilin ilk yarısı ilə müqayisədə 32 milyon 262 min manat və ya 49.7 faiz çoxdur.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “Paşa Bank”ın cəmi aktivləri ötən ilin eyni rübü ilə müqayisədə 955 milyon 591 min manat və ya 12.9 faiz artaraq 8 milyard 377 milyon 653 min manata yüksəlib. Bu artımda kredit portfelinin payı 24.4 faiz olub. Belə ki, bankın kredit portfeli 233 milyon 540 min manat artaraq 2 milyard 744 milyon 294 min manata yüksəlib.

Portfeldə istehlak kreditləri 40 milyon 863 min manat artaraq 225 milyon 213 min manata, biznes kreditləri isə 169 milyon 3 min manat artaraq 2 milyard 393 milyon 766 min manata, daşınmaz əmlaka verilən kreditlər isə 23 milyon 674 min manat artaraq 125 milyon 315 min manata yüksəlib.

“Paşa Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 8 milyon 315 min manat artıraraq 74 milyon 756 min manata yüksəltməsi xalis kreditlərini 2 milyard 669 milyon 538 min manata bərabər edib. Bu ötən ilin analoji rübü ilə müqayisədə 225 milyon 225 min manat və ya 9.2 faiz çoxdur.

“Paşa Bank”ın cəmi öhdəlikləri 787 milyon 31 min manat və ya 11.5 faiz artaraq 6 milyard 725 milyon 977 min manat olub. Bu artımda depozit portfelinin payı 98.3 faiz təşkil edib.

Bankın fiziki şəxslərdən topladığı əmanətlər 436 milyon 624 min manat artaraq 1 milyard 705 milyon 904 min manata, hüquqi şəxslərdən topladığı əmanətlər isə 337 milyon 704 min manat artaraq 5 milyard 19 milyon 943 min manata yüksəlib.

Səhmdar kapitalını 129 milyon 499 min manat və ya 22.3 faiz artıraraq 710 milyon 603 min manata yüksəldən “Paşa Bank”ın cəmi kapitalı 750 milyon 676 min manat olub. Bu kapital ötən ilin eyni rübü ilə müqayisədə 168 milyon 560 min manat və ya 28.9 faiz çoxdur.

“Paşa Bank”ın bölüşdürülməmiş mənfəəti isə 129 milyon 498 min manat və ya 57.1 faiz artaraq 356 milyon 91 min manata çatıb. Ümumi ehtiyatları isə 39 milyon 60 min manat artaraq 40 milyon 72 min manata yüksəlib.

Bankın faiz gəliri 58 milyon 728 min manat artaraq 204 milyon 552 min manata, faiz xərcləri isə 1 milyon 905 min manat artaraq 26 milyon 949 min manata çatıb. Bunun nəticəsində bank 169 milyon 500 min manat xalis faiz gəliri əldə edib. Bu da 2022-ci ilin ilk yarısı ilə müqayisədə 48 milyon 720 min manat və ya 40.3 faiz çoxdur. Bankın qeyri-faiz gəliri 14 milyon 783 min manat artaraq 92 milyon 808 min manata, qeyri-faiz xərci isə 35 milyon 132 min manat artaraq 138 milyon 776 min manata yüksəlib. Buna görə də “Paşa Bank”ın əməliyyat mənfəəti 29 milyon 785 min manat artaraq 123 milyon 532 min manat olub.

“Paşa Bank”ın məcmu kapitalı 694 milyon 972 min manat olub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 45 milyon 911 min manat çoxdur.

Qeyd edək ki, bankın aktivlərinin gəlirliyi 0.23 faiz artaraq 1.1 faizə, kapitalının gəlirliyi isə 1.8 faiz artaraq 12.9 faizə yüksəlib.

Paşa Bank

2023 (II Rüb)

2022 (II Rüb)

Fərq

Cəmi Aktivlər

8.377,653

7.422,062

955,591

Kredit

2.744,294

2.510,754

233,540

İstehlak kreditləri

225,213

184,350

40,863

Biznes kreditləri

2.393,766

2.224,763

169,003

Daşınmaz əmlak kreditləri

125,315

101,641

23,674

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

74,756

66,441

8,315

Xalis Kreditlər

2.669,538

2.444,313

225,225

Cəmi Öhdəliklər

7.626,977

6.839,946

787,031

Depozit

6.725,547

5.951,519

774,028

Fiziki şəxslərin depozitləri

1.705,904

1.269,280

436,624

Hüquqi şəxslərin depozitləri

5.019,943

4.682,239

337,704

Cəmi Kapital

750,676

582,116

168,560

Səhmdar kapitalı

710,603

581,104

129,499

Bölüşdürülməmiş mənfəət

356,091

226,593

129,498

Ümumi ehtiyatlar

40,072

1,012

39,060

Faiz Gəliri

204,552

145,824

58,728

Faiz Xərci

26,949

25,044

1,905

Xalis Faiz Gəliri/Zərəri

169,500

120,780

48,720

Qeyri-Faiz Gəliri

92,808

78,025

14,783

Qeyri-Faiz Xərci

138,776

103,644

35,132

Əməliyyat Mənfəəti (Zərəri)

123,532

93,747

29,785

Xalis Mənfəət (Zərər)

97,106

64,844

32,262

Məcmu Kapital

694,972

649,061

45,911

ROA

1.1%

0.87%

0.23%

ROE

12.9%

11.1%

1.8%