USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ banklarına reytinq zərbəsi

22.08.2023 Bank
35 10
S&P çətin əməliyyat şərtlərini əsas gətirərək bəzi ABŞ banklarının reytinqini aşağı salıb.

Beynəlxalq kredit reytinq agentliyi S&P Global çətin əməliyyat şərtlərini əsas gətirərək bəzi ABŞ banklarının reytinqini aşağı salıb və proqnozlarını aşağı yönlü nəzərdən keçirib.

Maliyyələşdirmə riskləri və zəif gəlirliliyin sənayenin kredit gücünü sınayacağı barədə xəbərdarlıq edən S&P Global, maliyyələşdirmə riskləri və vasitəçi depozitlərə daha çox etibar etdiyi üçün Associated Banc-Corp və Valley National Bancorp-un reytinqlərini aşağı salır.

UMB Financial Corp, Comerica Bank və Keycorp-un reytinqlərini də aşağı salan S&P Global, bu endirimlərə səbəb kimi böyük depozit çıxışları və yüksək faizlər göstərib.

S&P Global həmçinin S&T Bank və River City Bankın proqnozlarını stabildən neqativə endirib.

Bu ayın əvvəlində Moody's 10 bankın reytinqini bir pillə endirdi və altı bank nəhəngini, o cümlədən Bank of New York Mellon, US Bancorp, State Street və Truist Financial-ı potensial endirmələr üçün yoxlamaya qoydu.