Bitcoin 6700 dolları keçdi - SON QİYMƏT

17.07.2018 Bank
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiymətlər açıqlanıb

"Kommersant" xəbər verir ki, iyulun 17-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 97-si bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 325 dollar və ya 5,09% bahalaşaraq 6701 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 13 dollar və ya 0,19% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma TenX-də(48,73%), ən çox ucuzlaşma isə Huobi Token-da(2,45%) müşahidə olunub.