USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“RabitəBank”ın kapital cəmi artıb

16.10.2023 Bank
0 0
Səhmdar kapitalını dəyişdirməyən “RabitəBank”ın cəmi kapitalı 7 milyon 888 min manat və ya 7 faiz artaraq 119 milyon 484 min manata çatıb.

Kommersant.az xəbər verir ki, bu artımın 6 milyon 818 min manatı bölüşdürülməmiş mənfəətin, 1 milyon 71 min manatı isə ümumi ehtiyatların payına düşüb. Belə ki, bankın bölüşdürülməmiş mənfəəti 6 milyon 818 min manat artaraq 7 milyon 677 min manata, ümumi ehtiyatları isə 1 milyon 71 min manat artaraq 10 milyon 508 min manata yüksəlib.

Qeyd edək ki, bankın məcmu kapitalı 9 ay ərzində 6 milyon 719 min manat artaraq 115 milyon 759 min manat olub.