USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“RabitəBank”ın mənfəəti artıb

16.10.2023 Bank
0 0
“RabitəBank”ın faiz gəliri ötən ilin 3-cü rübü ilə müqayisədə 16 milyon 459 min manat artaraq 65 milyon 670 min manata, faiz xərcləri isə 7 milyon 248 min manat artaraq 21 milyon 310 min manata bərabərləşib. Buna görə də bank 44 milyon 359 min manat xalis faiz gəliri əldə edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9 milyon 210 min manat və ya 26.2 faiz çoxdur.

Kommersant.az xəbər verir ki, “RabitəBank”ın qeyri-faiz gəliri 26 min manat artaraq 34 milyon 940 min manata, qeyri-faiz xərci isə 6 milyon 344 min manat artaraq 60 milyon 899 min manata yüksəlib. Nəticədə bankın əməliyyat mənfəəti 18 milyon 400 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehiyatlara 2 milyon 833 min manat ayırdığı üşün bankın əməliyyat mənfəəti 15 milyon 567 min manata düşüb. Bu da ötən ilin eyni rübü ilə müqayisədə 59 min manat çoxdur.