USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrə Milli Bankı 3,2 milyard frank zərər gördüyünü açıqlayıb

04.03.2024 Bank
0 0
İsveçrə Milli Bankı müsbət faiz dərəcələrinə keçidin təsiri ilə 3,2 milyard İsveçrə frankı (3,62 milyard dollar) zərər gördüyünü açıqlayıb.

İsveçrə Milli Bankı (SNB) 2023-cü il üçün maliyyə nəticələrini açıqlayıb. Bankın 2022-ci ildə 132,5 milyon İsveçrə frankı itkisi 2023-cü ildə 3,2 milyard İsveçrə frankına (3,62 milyard dollar) çatıb. Beləliklə, bank artıq ikinci ildir ki, divident ödəyə bilməyəcək.

İnflyasiya ilə mübarizə üçün tətbiq edilən yüksək faiz dərəcələri bankları milyardlarla dollar ödəməyə məcbur etdiyi üçün SNB zərər elan edən son mərkəzi bank oldu.

Bu arada, SNB 2023-cü ilin iyun ayından bəri siyasət faizini 1,75 faiz səviyyəsində saxlayıb, inflyasiya artımına qarşı 2022-ci ildə mənfi faiz dərəcələrinə son qoyub.

Digər tərəfdən, Avropa Mərkəzi Bankı (AMB) 2004-cü ildən bəri ilk dəfə inflyasiyaya qarşı faiz artımı səbəbiylə keçən il zərər açıqladı. Bank ötən il faiz artımı səbəbindən 1,3 milyard avro itirmişdi.

Almaniya Mərkəzi Bankı (Bundesbank) və Hollandiya Mərkəzi Bankı (DNB) də keçən il müvafiq olaraq 21,6 milyard Avro və 3,5 milyard Avro zərər gördüyünü açıqlamışdı.