USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankında 1 milyard dollarlıq hibrid istiqrazlara hazırlıq

03.04.2024 Bank
0 0
Dünya Bankının yüksək səviyyəli icraçısı bu il 1 milyard dollara qədər ilk hibrid istiqraz emissiyasına hazırlaşdıqlarını açıqladı.

Dünya Bankı Xəzinədarlığının kapital bazarları və investisiya departamentinin direktoru Corc Riçardson bu il kapital bazarlarında 1 milyard dollara qədər olan ilk hibrid istiqrazları buraxmağı planlaşdırdıqlarını açıqlayıb:

"Biz bu təqvim ilində potensial pilot əməliyyat üzərində işləyirik".

Mövzuyla əlaqədar investorlarla danışdıqlarını və bazar şərtlərini yaxından izlədiklərini ifadə edən Riçardson, "Pul toplamaq üçün yeni bir yol tapıb tapmayacağımızı görmək maraqlı olacaq" dedi.

Riçardson bildirib ki, Dünya Bankı əmindir ki, çoxtərəfli inkişaf bankları tərəfindən buraxılan hibrid kapital, hazırda reytinq agentliklərinin metodologiyalarında əks olunduğundan yüksək səviyyəli, təminatsız istiqrazlardan daha yaxşı kredit reytinqi olacaqdır.

Riçardson vurğulayıb ki, beynəlxalq kredit reytinqi agentliyi Fitch öz metodunu dəyişib və hibrid kapitalla bağlı hansı dəyişiklikləri edəcəyi hələ bəlli deyil.

Riçardson həmçinin, "Biz kommersiya bankı və ya korporasiya deyilik. Mülkiyyət quruluşumuz və idarəetmə tərzimiz bizi kommersiya bankları və korporasiyalardan daha yaxşı kredit qabiliyyətinə malikdir" dedi.