USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail İranın Dəməşqdəki konsulluq binasına hücum etdi

02.04.2024 Siyasət
0 0
İsrailin İranın Dəməşqdəki konsulluğunun binasına endirdiyi hava zərbəsi nəticəsində İnqilab Keşikçiləri Ordusunun komandirlərindən briqada generalı Məhəmməd Rza Zahidi, bir general və daha 5 nəfər həlak olub. İran sərt cavab verdikdən sonra İsrail diplomatik nümayəndəliklərində həyəcan təbili çalıb.

İranın yarı rəsmi Təsnim xəbər agentliyi İnqilab Keşikçiləri Ordusunun komandirlərindən briqada generalı Zahidinin İsrailin İranın Dəməşqdəki səfirliyinin binasındakı konsulluq binasına endirdiyi hava zərbəsi nəticəsində həlak olduğunu açıqlayıb.

Bildirilib ki, Zahidi vaxtilə İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrinin Suriya və Livan zabiti olub.

İran İnqilabı Keşikçiləri Korpusu hücumda həlak olanlar arasında ikinci general və daha 5 üzvün olduğunu açıqlayıb.
İran mediası İsrailin İranın Dəməşqdəki səfirliyindəki konsulluq binasına hava hücumu təşkil etdiyini və hücumda 5 nəfərin öldüyünü bildirib.

Digər tərəfdən Suriya xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə Dəməşqin Mezze rayonunda bir binanın İsrail qüvvələrinin hava hücumu ilə hədəf alındığı iddia edilib.

Hücum zamanı İranın Dəməşqdəki konsulluğuna və ətrafdakı binalara da ziyan dəydiyi qeyd edilib.

İranın Dəməşqdəki səfiri: İsrailin hücumuna "tez, birbaşa və güclü" cavab veriləcək

İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib ki, ölkəsi İsrailin İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumuna "tez, birbaşa və sərt" cavab verəcək.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İranın Dəməşq səfiri Əkbəri bildirib ki, İsrail F-35 döyüş təyyarələrindən atılan 6 raketlə İranın Dəməşqdəki səfirliyi binasındakı konsulluq binasını hədəf alıb.

Hücum zamanı aralarında diplomat və hərbi müşavirlərin də olduğu ən azı 5 nəfərin öldüyünü ifadə edən Əkbəri, dağıntıların təmizlənməsi işlərindən sonra həyatını itirənlərin dəqiq sayı və adlarının açıqlanacağını bildirib.

İran səfiri əlavə edib ki, İran hücuma “tez, birbaşa və güclü” cavab verəcək.

Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad iranlı həmkarı ilə görüşüb

Digər tərəfdən Suriyanın xarici işlər naziri Feysəl əl-Mikdad Dəməşqdə hücuma məruz qalan İran səfirliyinin binasına baş çəkib və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefonla zəng edib.

Suriyalı nazir burada mətbuata açıqlama verərək, "Günahsız insanların ölümünə səbəb olan bu terror hücumunu şiddətlə qınayırıq. Suriya İranın yanında olmağa davam edəcək.