"AtaBank"ın maliyyə vəziyyəti məlum oldu - HESABAT

25.07.2018 Bank
Bankın xalis mənfəəti 14 dəfə azalıb

"Kommersant.az" xəbər verir ki, "AtaBank"ın 2018-ci ilin ikinci rübü üzrə açıqladığı maliyyə hesabatına əsasən, faiz gəlirləri 21 milyon 8 min manat, faiz xərcləri 12 milyon 909 min manat, qeyri-faiz gəlirləri 2 milyon 644 min manat, qeyri-faiz xərcləri isə 12 milyon 199 min manat təşkil edib. Bankın əməliyyat zərəri 1 milyon 456 min olub. "AtaBank"ın 2018-ci ilin birinci yarısını 122 min manat xalis mənfəətlə başa vurub. Halbuki, 2017-ci ilin müvafiq dövründə bankın xalis mənfəəti 1 milyon 692 min manat əldə edib.

Bankın müştərilərə verdiyi kreditin həcmi 465 milyon 78 min manat olub. Həmçinin bank kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyata 46 milyon 928 min manat ayırıb. "AtaBank"ın cəmi aktivləri 603 milyon 176 min manat təşkil edib. Bankın depozit portfeli 315 milyon 593 min manat olub. "AtaBank"ın cəmi öhdəlikləri 458 milyon 512 min təşkil edib.

"AtaBank"ın 2018-ci ilin 30 iyun üzrə açıqladığı hesabata əsasən, bank 139 milyon 319 min manat məcmu kapitalına malik olub.