Bitcoin 800 dollar bahalaşıb - SON QİYMƏT

26.07.2018 Bank
Dünya kriptovalyuta bazarında bu saatlara olan qiyməti açıqlanıb

"Kommersant.az" xəbər verir ki, iyulun 26-na olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 63-ü bahalaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 113 dollar və ya 1,35% ucuzlaşaraq 8203 dollar olub.

Son bir həftə ərzində isə Bitcoin 880 dollar və ya 12% bahalaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Stellar-da(12,52%), ən çox ucuzlaşma isə Basic IOST-da(11,13%) müşahidə olunub.