USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Valideynlər "İSTƏK" liseynlərinin bazasında məktəb açmaq istəyirlər

26.07.2018 İqtisadiyyat
0 0
Fəaliyyəti dayandırılmış "İSTƏK" liseyinin Valideynlər Komitəsi Təhsil naziri Ceyhun Bayramova təklif ünvanlayıb. Bu barədə Valideynlər Komitəsindən məlumat verilib.

Nazirə ünvanlanmış məktubda bildirilib ki, hazırda liseyin 1967 şagirdi məktəbsiz və 600 işçisi (onlardan 400-ü müəllim, 200 nəfəri isə digər personaldır) işsiz qalıb: "Bu uşaqların dövlət məktəblərinə yerləşdirilməsi ilə bağlı canfəşanlıq bizi çox narahat edir. Nəzərə alınmalıdır ki, biz valideynlər övladlarımızı dövlət məktəbində oxutmağı uyğun bilsək, özəl məktəbə niyə o qədər təhsil haqqı ödəyirdik? 4000 valideyn əgər övladlarımızı bu məktəbdə oxutmağa qərar vermişiksə, bu tamamən pedaqoji kollektivin bilik, bacarığı və iş üslubu ilə bağlıdır".

Valideynlər bağlanmış "İSTƏK" liseynlərinin bazasında özlərinin başqa adla məktəb açmaq istədiklərini qeyd ediblər: "Cənab nazir, biz bu məktəblərin bazasında başqa adlı bir məktəb açaraq, bütün kollektivi işlə təmin edə bilərik.

Beləliklə, bu cür dəyərli şagird və müəllim kollektivini bir arada saxlayaraq, həm Nazirliyi əlavə prosedur və zəhmətdən, həm də dövlət büdcəmizə əlavə yük olacaq xərcləri öz üzərimizə götürməklə gələcəyimizə xidmət etmiş olarıq. Bu təklifimizi nəzərə alaraq, dərs ilinin başlanmasına qədər valideynlər adına məktəbin qeydiyyatdan keçirilməsi və lisenziya prosesinə başlanması üçün bizə köməklik göstərilməsini xahiş edirik".

1 GÜNƏ KREDİT ALIN!