USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Valyuta hərraclarında təklif tələbi üstələyir

01.08.2018 Bank
0 0
Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında təklif tələbi üstələyir.

Kommersant.az” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə. valyuta bazarında tələb-təklif nisbəti aylar üzrə dəyişkən olmuşdur. Cari ilin ötən dövrü ərzində valyuta hərraclarında valyuta satışı 3.5 milyard dollar təşkil etmiş, bunun təxminən dörddə biri dövlət ehtiyaclarına yönəldilmişdir:

“Aprel ayı istisna olmaqla, bu ilin qalan aylarında tələb və təklif nisbəti təklifin xeyrinə olmuşdur. Aprel ayında Azərbaycanın əsas ticarət tərəfdaşlarınının valyutalarının ucuzlaşması nəticəsində Manatın məzənnəsinə spekulyativ "hücum" oldu və bu "hücum" dəf olundu”.

Təklifin tələbi üstələməsi Manatın Dollar qarşısında möhkəmlənmə istiqamətində təzyiq altında olduğuna işarədir.