“AccessBank” QSC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Kommersant.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Teymur Ağakişiyev Tofik oğlu müvafiq vəzifəyə seçilib və dekabrdan vəzifənin icrasına başlayır.
Teymur Ağakişiyev bank sektorunda uzunmüddətli təcrübəyə malikdir. 2025-ci ilin aprelindən “AccessBank” Baş əməliyyat direktoru vəzifəsində çalışır .
Əvvəllər “Expressbank” ASC-də 16 ildən artıq fəaliyyət göstərərək müxtəlif vəzifələrdə çalışıb.İdarə Heyətinin sədrinin müavini və Maliyyə direktoru, Baş əməliyyat direktoru kimi vəzifələrdə çalışıb. O, həmçinin “Expresspay” layihəsinin təşəbbüskarı olub.
Daha əvvəl “Premium Bank” ASC və “Media Holding (Lider TV & Radio) kimi iri şirkətlərdə çalışıb.
Bununla da “AccessBank”ın İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə beşə yüksəlib. İdarə Heyətində Azərbaycanda olan üzvlərin sayı isə üçə qalxıb.