USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq Bank 2025-i mənfəətlə başa vurub

14.01.2026 Bank
0 0
2024-cü ilin sonu ilə müqayisədə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəliri ötən ilin sonunda 181 milyon 403 min manat artaraq 1 milyard 95 milyon manata, faiz xərcləri 137 milyon 877 min manat artaraq 387 milyon 414 min manata çatıb. Nəticədə bankın xalis faiz gəliri 696 milyon 898 min manat olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 36 milyon 934 min manat çoxdur.

Kommersant.az xəbər verir ki, ABB-nin qeyri-faiz gəliri 111 milyon 324 min manat artaraq 451 milyon 505 min manata, qeyri-faiz xərcləri isə 106 milyon 344 min manat artaraq 627 milyon 451 min manata yüksəlib. Buna görə də bankın əldə etdiyi əməliyyat mənfəəti 520 milyon 952 min manat olub. Bu da 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 41 milyon 914 min manat çoxdur.

Qeyd edək ki, dövlət bankının xalis mənfəəti 41 milyon 961 min manat artaraq 335 milyon 693 min manat olub.

Azərbaycan Beynəlxalq Bankı

2025 (IV Rüb)

2024 (IV Rüb)

Fərq

Faiz Gəliri

1.095.602

914.199

181.403

Faiz Xərci

387.414

249.537

137.877

Xalis Faiz Gəliri/Zərəri

696.898

659.964

36.934

Qeyri-Faiz Gəliri

451.505

340.181

111.324

Qeyri-Faiz Xərci

627.451

521.107

106.344

Əməliyyat Mənfəəti (Zərəri)

520.952

479.038

41.914

Xalis Mənfəət (Zərər)

335.693

293.732

41.961