USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank Respublika Qurban Bayramı münasibətilə sosial layihə keçirib

21.08.2018 Bank
0 0
“Bank Respublika”aztəminatlı ailələrə Qurban bayramı münasibətilə bayram sovqatları təqdim etdi.

"Kommersant.az" xəbər verir ki, mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramında insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər. Qarşıdan gələn bayramla əlaqədar “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə növbəti sosial aksiya həyata keçirib.

Bankın əməkdaşları Ağcəbədi rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə valideyn himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan uşaqları bayram münasibətilə təbrik etib və bank tərəfindən hazlırlanmış bayram sovqatlarını ailələrə təqdim etib.

Tədbirdə qeyd edilib ki, ki,müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramın əsas mahiyyəti kəsilmiş qurbanlıq heyvanların ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir. Bayram tədbiri mərkəzin xüsusi qayğıya ehtiyacı olan uşaqların ifasında gözəl rəqs nömrələri və səhnəciklərdən ibarət musiqili proqramı ilə davam etdi.

Bankdan verilən məlumata əsasən, Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində Bank, bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.