Rubl kəskin ucuzlaşdı

19.10.2018 Bank
0 0
Rusiya Mərkəzi Bankının banklar üçün keçirdiyi hərracın nəticələri açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, Rusiya Mərkəzi Bankının nəticələrinə görə, bu saatlarda 1 dolların dəyəri 0,32 rubl bahalaşaraq 65,72 rubl olub.

Məlumatda bildirilir ki, Rusiyada 1 avronun dəyəri isə 0,08 rubl ucuzlaşaraq 75,57 rubl olub.

Rusiyada valyuta birjalarındakı nəticəyə görə isə 1 dollar 65,82 rubl, 1 avro isə 75,43 rubl təşkil edir.

Nağd alış-satışda isə 1 dollar 66,54 rubl, 1 avro isə 76,33 rubldur.