USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ARDNF valyuta satışını artırıb

05.11.2018 Bank
0 0
Bu ilin yanvar-oktyabr ayında Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 5 129,2 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

"Kommersant.az" Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 324,8 mln. dollar və yaxud 82,9% çoxdur.

ARDNF-in 10 aylıq valyuta satışının 489,6 mln. dolları və yaxud 9,55%-i oktyabr ayının payına düşüb. Bu isə ötən ilin oktyabr ayına nisbətən 170,9 mln. dollar və yaxud 53,6% çoxdur.

Report