USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda ölümə səbəb olan iş adamı azadlığa buraxıldı

05.03.2020 İqtisadiyyat
0 0
Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Sunay Vəliyevin kassasiya şikayətinə baxılıb.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, şikayətə hakim Əli Seyfəliyevin sədrlik etdiyi cinayət kollegiyası baxıb və qərar elan edilib.

Qərara əsasən, S.Vəliyevin barəsindəki 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası azaldılıb. Onun həbsdə olma müddəti nəzərə alınaraq azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi "Mercedes-Benz GLS" markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb.

Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, S.Vəliyev "Laçın" Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.

  • Əvvəlki

    Bu gün dünyanın gözü Moskvada: Ərdoğan-Putin görüşü

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0