Prezident: “Sentyabrın sonunadək...” - MÜHÜM AÇIQLAMA

23.05.2020 Biznes
"Şadam ki, bayaq da qeyd etdiyim kimi, hər şey cədvələ uyğun olaraq gedir. Mənə məlumat verildi ki, Davosdakı görüşdən sonra sizin komandanız bizi mart ayında ziyarət etmişdir. Sizin də qeyd etdiyiniz kimi, sentyabrın sonunadək bizdə Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ artıq icra edilmiş olacaq".

"Kommersant.az"-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev “Signify” şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri ilə keçirdiyi videokonfrans zamanı səsləndirib.

Dövlət başçısı bildirib ki, bu, birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək: "Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq".