USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi

01.04.2026 İqtisadiyyat
0 0
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 277,562 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azdır.

Hesabat ayı ərzində ən çox sığorta haqları “Paşa Həyat Sığorta” ASC tərəfindən toplanıb – 100,681 milyon manat. İkinci yerdə 99,559 milyon manat həcmində sığorta haqları ilə “Paşa Sığorta”, üçüncü yerdə isə 17,427 milyon manatla “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.

Aşağıda Azərbaycandakı sığorta şirkətlərinin 2026-cı ilin yanvar-fevral ayları üzrə toplanan sığorta haqları üzrə renkinqini təqdim edirik:

Şirkətin adı

Sığorta haqları (milyon manat)

“Paşa Həyat Sığorta”

100,681

“Paşa Sığorta”

99,559

“Atəşgah Həyat” Siğorta Şirkəti

17,427

“Aqrar Sığorta” Açıq Səhmdar Cəmiyyəti

9,722

“Qala Sığorta”

8,553

“Atəşgah” Sığorta Şirkəti

8,337

“Azərbaycan Sənaye Sığorta”

6,394

“Xalq Sığorta”

5,758

“Meqa Sığorta”

5,285

“Qala Həyat” Sığorta Şirkəti

4,790

“Meqa Həyat Sığorta”

4,309

“A-Qroup Sığorta Şirkəti”

2,788

“Xalq Həyat” Sığorta Şirkəti

2,024

“AzSığorta”

1,469

“İpək Yolu Sığorta”

465

“AtaSığorta”

2

  • Əvvəlki

    Bayram günlərində Azərbaycanda 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb

Digər xəbərlər

01.04.2026 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
31.03.2026 İqtisadiyyat
Qazaxıstandan Azərbaycana pul axını artıb
0 0