USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şadlıq sarayları artıq müflisləşməklə üz-üzədir - VİDEO

04.08.2020 İqtisadiyyat
0 0
Şadlıq evləri mövcud vəziyyətə görə artıq demək olar ki, müflis olmaq dərəcəsindədirlər.

Baku TV-nin məlumatına görə, orada işləyən işçilərə də artıq ödəniş olunmur. Bu dövr ərzində toy və digər mərasimləri təşkil edə bilməyən şadlıq sarayları gəlirsiz qalıb.

Düzdür, sahibkarlara dövlət tərəfindən müəyyən qədər dəstək göstərildi, amma şadlıq evi sahiblərinin sözlərinə görə o da ilk iki ay müddətində ödənildi, daha sonra isə...

Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. Aylardır ki, kiminsə evindən "Vağzalı" səsi eşidilmir. Bəzi ailələr sakit, səs- səmirsiz toy edir, toy demək olarsa əgər...

Mövcud vəziyyət toy sahiblərinə də həm mənəvi, həm maddi ziyan vurur.

Yəqin ki, ən gözəl adətlərimizdən olan toyu elə adətə uyğun keçirməyi gözləyən toy sahiblərinə, həmçinin şadlıq evlərinə səbrli olub gözləməkdən başqa çarə yoxdur. Gözləyək ki, bu bəla da başımızdan sovuşsun, həyat da öz axarına qaldığı yerdən davam etsin.

  • Əvvəlki

    "Bank mövcud kreditlərin təkrar strukturlaşdırılması ilə fəal şəkildə məşğul olub"

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0