USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mol Bulak”ın xalis mənfəəti azalıb

16.04.2026 İqtisadiyyat
0 0
“Mol Bulak” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC və ya “M Bulak” 2025-ci il üzrə xalis mənfəəti 3 milyon 416 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 39.8% azalıb. Halbuki, 2024-cü ildə bu göstərici 5 milyon 671 min manat təşkil edib.

Kommersant.az xəbər verir ki, ötən il ərzində “M Bulak” ın ümumi gəlirləri 16 milyon 710 min manat səviyyəsində qeydə alınıb. Təşkilatın hesabat dövründəki ümumi xərcləri isə 12 milyon 319 min manat təşkil edib. Bu xərclərin əsas hissəsini əmək haqqı və inzibati xərclər formalaşdırıb.

Təşkilatın aktivlərinin həcmində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, cəmi aktivlər 68% artaraq 58 milyon 661 min manata çatıb. Bu artım fonunda müştərilərə verilmiş kreditlər, yəni kredit portfeli 62.4% artaraq 54 milyon 684 min manata yüksəlib.

“Mol Bulak” BOKT-un öhdəlikləri hesabat ilində kəskin artaraq 26 milyon 133 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 350.6% çoxdur. Təşkilatın cəmi kapitalı isə illik müqayisədə 11.7% artaraq 32 milyon 528 min manata bərabər olub. BOKT-nin kapital balansında 22.1 milyon manat bğlüşdürlməmiş mənfəəti var.

Xatırladaq ki, BOKT 2011-ci ildə Qırğız kapitallı Gascoyne Investment Limited tərəfindən alınmışdı. 2020-ci ildən isə səhmdarlar belədir:
Tolbaev Babyrzhan – 4.07%
Kokarev Alexey – 95.93%