USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kontakt Home”da karantin qaydaları pozuldu

09.09.2020 İqtisadiyyat
0 0
Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsi "ABC Telekom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi) barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib.

"Kommersant.az"-ın məlumatına görə, polis əməkdaşları mağaza barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən yazılan protokol tərtib edib.

Protokola Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılacaq.

Məhkəmə protokul təmin etsə, şirkət 400 manat cərimə ediləcək.

Qeyd edək ki, "ABC Telekom" ("Kontakt Home" mağazalar şəbəkəsi) məişət avadanlıqları və mobil telefonların satışını həyata keçirən şirkətdir. "Kontakt Home"nin hazırda Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla 20-dən artıq mağazası fəaliyyət göstərir.APA

  • Əvvəlki

    Taksilərlə bağlı - MÜHÜM XƏBƏR

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0