USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşu imkanları müzakirə olunub

18.11.2020 İqtisadiyyat
0 0
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə investisiya qoyuluşu imkanları müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, ölkəmizdə səfərdə olan Türkiyənin "TÜMKİAD" İş adamları və Girişimçilər Dərnəyinin prezidenti Nihat Tanrıkulun rəhbərlik etdiyi nümayəndə heyəti agentlikdə olub.

KOBİA-nın idarə heyətinin sədrinin birinci müavini Natiq Həsənovla keçirilmiş görüşdə N.Tanrıkulu səfərin məqsədinin Azərbaycanla həmrəylik nümayiş etdirmək olduğunu vurğulayıb. O, "TÜMKİAD" iş adamları adından Qələbə münasibətilə ölkəmizi təbrik edib və Azərbaycana dəstək üçün "TÜMKİAD"ın bütün imkanlarını cəlb etməyə hazır olduqlarını deyib.

N.Həsənov ölkəmizlə həmrəyliyə və bu məqsədlə təşkil olunmuş səfərə görə nümayəndə heyətinə təşəkkürünü bildirib. O, Azərbaycanın biznes və investisiya imkanları, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin iqtisadi və investisiya potensialı barədə məlumat verib, birgə əməkdaşlığa dair fikirlərini bölüşüb.

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə türkiyəli iş adamlarının cəlb olunması və investisiya qoyuluşu imkanları müzakirə edilib.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış "TÜMKİAD" Türkiyənin iş adamlarının birliyidir və sıralarında iqtisadiyyatın 27 sektoru üzrə 350-dən çox şirkəti birləşdirir.

  • Əvvəlki

    Bakı Metropoliteni tender elan edir

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0