Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu açıqlandı

27.06.2018 Biznes
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu təsdiq edilib.

"Kommersant" xəbər verir ki, Agentliyin strukturu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aparatından, Kiçik və orta biznes evlərindən (KOB Evləri), Kiçik və orta biznesin inkişafı mərkəzlərindən, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzindən və Kiçik və orta biznesin inkişafı fondlarından ibarət olacaqdır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir;

Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbər tutur. Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin NİZAMNAMƏSİ də təsdiq edilib.