USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycanda hər 10 daşınmaz əmlakdan 1-i sığortalıdır"

08.05.2019 İnşaat və Əmlak
0 0
2018-ci ildə Azərbaycanda daşınmaz əmlakın və onunl istismarı ilə bağlı mülki məsuliyyətin sığortasından təxminən 30 mln. manat sığorta haqqı toplanılıb.

Bu barədə “Report”a açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov məlumat verib.

Bununla belə, onun sözlərinə görə, bu 2 növ sığortanın hesabına toplanıla bilən potensial sığorta haqqının məbləği 250-300 mln. manatdır.

“Fiziki şəxslərə məxsus daşınmaz əmlakların sığortalanmasına dair vəziyyət qənaətbəxş deyil. Statistika sektorda potensialın çox böyük olduğunu açıq bir şəkildə ortaya qoyur. Ölkədə hər daşınmaz 10 əmlakdan 1-nin 1-nin sığortası var. Vəziyyət belə olduğu halda, sığorta vasitəçilərinin bu fürsəti dəyərləndirmələri sığorta şirkətlərinə və cəmiyyətə fayda verəcək”, - deyə R.Əhmədov əlavə edib.

O, bu sözügedən sığorta növləri üzrə yığımların cəmi 10%-nin ödənişə yönəldiyini də qeyd edub. “Katastrofik riskləri nəzərə almasaq, bu, dünyada normal qarşılanan statistik nəticədir. Katastrofik risklər onsuz da təkrarsığorta programları ilə qorunan risklərdir. Yəni burada mənfəət də yetərincə yüksəkdir”.

  • Əvvəlki

    Energetika naziri: "Vyana görüşündə hasilatla bağlı yeni qərarlar qəbul oluna bilər"

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0