USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Obyektlərin tikintisinə icazə alınması - QAYDASI DƏYİŞİR

07.11.2019 İnşaat və Əmlak
0 0
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yerli icra hakimiyyəti orqanlarında çalışan tikintiyə icazə verilməsi ilə əlaqəli məsul əməkdaşlar üçün maarifləndirici seminar keçirilib. Seminarın məqsədi elektron portalın işləmə mexanizmini canlı nümayiş etdirmək, sistemlə bağlı tətbiq ediləcək son yeniliklər barədə məlumat vermək və iştirakçılar arasında yaranmış sualların cavablandırılması olub.

"Kommersant.az" quruma istinadən xəbər verir ki, toplantıda Gəncə-Qazax, Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonlarından 30-a yaxın memar və yerli icra hakimiyyəti orqanlarında çalışan əməkdaşlar iştirak edib. İlkin mərhələdə elektron sistem Bakı şəhəri üzrə tətbiq edilib. Nəticədə portal vasitəsi ilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının layihələri üçün 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə etmək imkanı yaradılıb.

Bildirilib ki, hazırda “Bir pəncərə” prinsipi ilə işləyən elektron portalın ölkə üzrə tətbiqinin genişləndirilməsinə - ikinci mərhələyə başlanılıb. Bu məqsədlə pilot layihə ilk olaraq Lənkəran iqtisadi rayonu üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Yaxın zamanda isə sistem bütün ölkə üzrə tətbiq edilərək ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınmasını mümkün edəcək. Elektron portal məmur-sahibkar ünsiyyətini minimuma endirərək daha qısa vaxt çərçivəsində rayonlar üzrə də icazələrin alınması prosesini şəffaflaşdıracaq. Növbəti mərhələlərdə isə bu sistem vasitəsi ilə ekspertizası tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin alınması istiqamətində işlər davam etdiriləcək.

Xatırladaq ki, “Bir pəncərə” prinsipi ilə işləyən elektron portal dövlət başçısının 28 dekabr 2018-ci il tarixli “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb.

Ötən il Dünya Bankının “Doing Business 2019” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə siyahıda 100 pillə irəliləyərək 61-ci yerə yüksələn Azərbaycan bu il daha 2 pillə önə gedərək 59-cu yerdə qərarlaşıb.

  • Əvvəlki

    Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik - SOCAR

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0