USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik - SOCAR

07.11.2019 İqtisadiyyat
0 0
“Neft Daşları”nın 70 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz “İnstagram” səhifəsində neftçiləri təbrik edib.

SOCAR-ın sosial şəbəkələrdəki rəsmi səhifələrində Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür ünvanlanıb:

“Azərbaycan neftçiləri adından Mehriban xanım Əliyevanın timsalında Azərbaycan dövlətinə, hörmətli Prezidentimiz İlham Əliyevə bizim əməyimizə daim göstərdikləri diqqət və qayğıya görə təşəkkür edirik.Sizə dərin hörmət və böyük etimad bəsləyən Azərbaycan neftçiləri ölkəmizin rifahı və müasir dünyadakı mövqeyinin daha da gücləndirilməsi naminə öhdəmizə düşən işi layiqincə yerinə yetirəcəyimizə söz veririk”.