USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda sakinlər “Sipark” tikinti şirkətinə görə yolu bağladılar - VİDEO

11.09.2020 İnşaat və Əmlak
0 0
Bakının Nərimanov rayonunda sakinlər “Sipark” tikinti şirkətinə görə yolu bağlayaraq etiraz aksiyası keçiriblər.

"Kommersant.az"-ın xəbərinə görə, Sakinlər artıq üç ildir sökülən evlərinin yerində yenisinin tikiləcəyini gözləyirlər.

2017-ci ilin oktyabrında "EVROSTROY-S.S" şirkəti Nərimanov rayonu, Firdovsi Məmmədov 17 ünvanında yaşayan sakinlərlə müqavilə bağlayıb. “Pilot layihə” deyə təqdim olunan müqaviləyə əsasən sakinlərin yaşadığı evlər sökülüb, yerində bina tikiləcək və onlara buradan ev veriləcəkdi. Müqavilənin şərtlərinə görə şirkət 20 ay müddətində binanı təmirli şəkildə sakinlərə təhvil verməli idi. Qoyulan vaxt ötən ilin iyul ayında bitsə də, binanın tikintisi bitməyib.

Müqaviləyə görə bina hazır olana qədər sakinlər şirkətin hesabına kirayə evlərə çıxarılıb. Şikayətçilər isə son 2 ildə kirayə ödənişlərini də çətinliklə aldıqlarını deyirlər.

Sakinlər tikintinin sifarişçisi olan Nərimanov Rayon İcra Hakimiyyətinə yola düşüblər. Onlar qurumun qarşısındakı magistral yolu bağlayaraq etiraz ediblər. Aksiya zamanı Rasim Axundov adlı şəxs saxlanılıb. 18-ci polis bölməsinə aparılan vətəndaş inzibati qaydayla 50 manat məbləğində cərimə olunub.

Hazırda adı dəyişdirilərək “Sipark” MMC edilən şirkətin əməkdaşı tikintinin 2021-ci ilin mart ayında yekunlaşacağını bildirib.Meydan.tv

  • Əvvəlki

    VTB (Azərbaycan) bankomat və sayt vasitəsilə kartın pin-kodunun dəyişdirilməsi xidmətini işə salıb

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0