USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sentyabrda Türkiyədə 100 mindən çox mənzil satın alınıb

16.10.2023 İnşaat və Əmlak
0 0
2023-cü ilin sentyabr ayında Türkiyədə 102 min 656 mənzil satın alınıb ki, bu da 2022-ci ilin sentyabr ayı ilə müqayisədə 9,5 faiz azdır.

Kommersant.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyədə 900 min 74 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 930 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42 faiz azdır.

Eyni ilin yanvar-sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 28 min 64 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azdır.

  • Əvvəlki

    Süni intellekt maliyyə dünyasındakı rolunu izah edib

Digər xəbərlər

07.01.2025 İnşaat və Əmlak
Bu şəxslərə ev veriləcək
0 0
24.12.2024 İnşaat və Əmlak
Rasim Məmmədov əmlaklarını geri istəyir
0 0
13.12.2024 İnşaat və Əmlak
İKZF investisiya şirkəti seçir
0 0