USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Süni intellekt maliyyə dünyasındakı rolunu izah edib

16.10.2023 İqtisadiyyat
0 0
Süni intellekt tətbiqi ChatGPT, süni intellektin maliyyə qurumları üçün xərcləri azaldan təsirlərə malik olduğunu ifadə edərək, "Avtomatlaşdırılmış sistemlər sayəsində əmək xərcləri azalır və bu, müəssisələrin səmərəliliyini artırmağa kömək edir" deyib.

Bu gün bir çox qurum və təşkilat iş axınının sürətləndirilməsi və səmərəliliyin artırılması kimi səbəblərlə süni intellekt tətbiqlərindən geniş istifadə edir. Bu kontekstdə "alqoritmik ticarət" olaraq bilinən süni intellekt tərəfindən maliyyə məsləhətçiliyi ən məşhur süni intellekt dəstəkli xidmətlərdən biri kimi önə çıxır.

Mövzu ilə bağlı süni intellekt tətbiqi ChatGPT ilə müsahibə keçirilib.

ChatGPT, süni intellekt tətbiqlərinin iqtisadiyyat və maliyyə sahəsində əhəmiyyətli transformasiyalara yol açdığını ifadə edərək, "Xüsusilə Sənaye 4.0 ilə gündəlik həyatın hər sahəsinə nüfuz edən tətbiq texnologiyaları biznesdən tutmuş bir çox sahədə yeni üfüqlər açır" qiymətləndirməsini edib.

Süni intellekt texnologiyaları sayəsində investisiya məsləhətçiliyi və portfel idarəçiliyi sahələrində əhəmiyyətli inkişaflar olduğuna diqqət çəkən ChatGPT, “alqoritmik ticarətin” milyonlarla dəyişəni anında analiz edə biləcəyinə və investorlara anında rəy verə biləcək sistemlərlə işləyə biləcəyinə diqqət çəkib.