"Bank BTB" "NBC Bank"a qarşı kredit duelinə çıxdı - NƏTİCƏ, QALİB

27.09.2018 Bankların Dueli
Bu gün “Bankların Dueli” yarışmasında “Bank BTB” və “NBC Bank” üz-üzə gəlib. Hər iki bankın 10 min manatlıq nağd pul kreditini 1 il müddətinə hansı şərtlərlə verdiyini öyrənilib.

“Kommersant.az” xəbər verir ki, “Bank BTB” 10 min manatlıq nağd pul kreditini 1 il müddətinə 28%-lə təqdim edir. Rəqibi “NBC Bank” isə eyni krediti illik 24%-lə təklif etməsinə baxmayaraq komissiya haqqı üçün 2%, nağdlaşdırma komissiyası üçün isə 1% haqq tələb edir. Aylıq ödənişdə rəqibi “Bank BTB”-yə uduzan “NBC Bank” aylıq 7 manat daha çox tələb edir. Yekunda isə “NBC Bank” rəqibi “Bank BTB”-dən 107 manat daha çox pul tələb etdiyinə görə məğlub olur. Belə ki, ilin sonunda “Bank BTB” 11 min 580 manat, “NBC Bank” isə 11 min 687 manat pul tələb edir.

Hər iki bankın şərtlər üzrə siyahısını təqdim edirik:

Qeyd edək ki, sabah (28 sentyabr) “Günay Bank” “Xalq Bank”a qarşı "döyüşəcək". Gözünüz bizdə olsun. Çox maraqlı olacaq.

Bank BTB

Şərtlər

NBC Bank

10.000

Kreditin Məbləği

10.000

1 il

Kreditin Müddəti

1 il

26%

İllik Faiz Dərəcəsi

24%

1%

Komissiya Haqqı

2%

1%

Nağdlaşdırma Haqqı

1%

1 nəfər

Zamin

1 nəfər

966

Aylıq Ödəniş

973.96

2.000

Aylıq Maaş

-

11.580

Cəmi (Yekun)

11.687

VTB