Sabah yağış yağacaq - HAVA PROQNOZU

21.05.2018 Ekologiya
Azərbaycanda sabaha, mayın 22-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant.Az"a verilən məlum.ata görə, Bakıda və Abşeron yarımadasında mayın 22-də səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 22-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

  • Əvvəlki

    114 dövlət əmlakı hərraca çıxarılır

Digər xəbərlər

30.10.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
27.10.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
26.10.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
19.10.2020 Ekologiya
Sabahın hava proqnozu
0 0
16.10.2020 Ekologiya
Sabaha olan hava proqnozu açıqlandı
0 0
12.10.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
08.10.2020 Ekologiya
Sabaha olan HAVA PROQNOZU
0 0
07.10.2020 Ekologiya
Sabaha olan - HAVA PROQNOZU
0 0
05.10.2020 Ekologiya
Azərbaycanda zəlzələ oldu
0 0