USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Küləkli hava nə vaxta qədər davam edəcək?

12.07.2019 İqtisadiyyat
0 0
Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən iyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.

"Kommersant.az" xəbər verir ki, küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb. Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

ETSN-nin Milli Hidrometeorologiya departamentinin saat 21.00-a olan məlumatına görə qərb küləyi Naftalanda 30-34m/s, Tərtərdə 25-30 m/s, Şəmkirdə 22 m/s, Bərdədə 25 m/s, Yevlaxda 17-20 m/s, Mingəçevirdə 17 m/s, Sumqayıtda 18 m/s, Bakıda 22 m/s- dək güclənib. 20:05 radələrində Göy-Göl və ətraf kəndlərə dolu düşüb.

  • Əvvəlki

    Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0