Sabahın havası: Şimşək, yağış, dolu

02.07.2020 Ekologiya
İyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Kommersant.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22,Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 3-4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Əvvəlki

    Myanmada mədəndə qəza: 50 ölü

Digər xəbərlər

03.08.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
03.08.2020 Ekologiya
Bu günə olan - HAVA PROQNOZU
0 0
01.08.2020 Ekologiya
Bazar günü hava necə olacaq?
0 0
31.07.2020 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0
30.07.2020 Ekologiya
Avqustda hava necə olacaq? - PROQNOZ
0 0
30.07.2020 Ekologiya
Bu gün hava necə olacaq?
0 0
VTB