Qarabağ Azərbaycandır!

Sabah hava necə olacaq?

28.12.2020 Ekologiya
Dekabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz təşkil edəcək.

Dekabrın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 29-30-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir

  • Əvvəlki

    Karantində ad günü keçirən məktəb direktoru işdən azad edildi

Digər xəbərlər

14.01.2021 Ekologiya
Sabah güclü külək gözlənilir
0 0
13.01.2021 Ekologiya
Hava sabah da küləkli olacaq
0 0
12.01.2021 Ekologiya
Sabah güclü külək əsəcək
0 0
08.01.2021 Ekologiya
Sabah hava necə olacaq?
0 0
07.01.2021 Ekologiya
Sabahdan güclü külək əsəcək
0 0
06.01.2021 Ekologiya
Sabahın hava proqnozu açıqlandı
0 0