USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtda 2,9% inflyasiya qeydə alınıb

02.08.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhəri üzrə məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, bu ilin ilk 6 ayıında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,9% artıb.

Həmçinin bu dövr ərzində paytaxtda o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,5%, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 4,6% artıb.