USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik tədbirin təşkilini 1 ay əvvəl yaradılan şirkətə həvalə etdi

02.08.2019 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “İnnovativ sahibkarlığın inkişafına dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda konfransın təşkili işinin satınalınmasına dair "DASİN" MMC ilə müqavilə imzalayıb.

"Kommersant.az" dövlət satınalmaları reyestrinə istinadən xəbər verir ki, bu satınalma müqabilində cəmiyyətə 22 301 manat ödəniləcək.

Kommersiya hüquqi şəxslərin dövlət reyestrində olan məlumatlara görə, “DASİN” MMC 10 manat nizamnamə kapitalı ilə 1 iyul 2019-cu ildə dövlət qeydiyyatına alınıb.