USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BOKT-ların kredit qoyuluşunda payı 2,5%-ə düşüb

07.08.2019 İqtisadiyyat
0 0
Bu il iyulun 1-nə Azərbaycanda kredit qoyuluşu 13 482,6 milyon manat təşkil edib.

“Kommersant.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 2 181,8 milyon manatı və yaxud 16,2%-i dövlət banklarının, 10 964,2 milyon manatı və yaxud 81,3%-i özəl bankların, 336,6 milyon manatı və yaxud 2,5%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.

BOKT-ların kredit qoyuluşundakı payı bu ilin may ayının yekununda da 2,7% təşkil edib. Mikromaliyyə qurumları ötən ilin yekununda kredit qoyuluşunda 3%, ötən ilin iyun ayının yekununda isə 3,2% paya malik olublar. (Report.Az)