USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda stolüstü kompüterlərin bazar payı artıb

01.10.2019 İqtisadiyyat
0 0
Bu ilin sentyabr ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 3 faiz bəndi azalıb.

"Kommersant.az" Apa-a istinadla xəbər verir ki, noutbukların bazar payı oktyabrın 1-nə 54% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz bəndi azdır.

Mərkəzin məlumatına əsasən, cari ilin sentyabr ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı avqust ayı ilə müqayisədə 3 faiz bəndi artaraq oktyabr ayının 1-nə 44,8% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 7 faiz bəndi çoxdur.

Hesabatda oktyabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,25% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,96 faiz bəndi azdır. Bu seqment üzrə sentyabr ayı ərzində (avqust ayı ilə müqayisədə) 0,12 faiz bəndi azalma müşahidə olunub.