USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Atasığorta"ın səhmdarlarının yığıncağı keçiriləcək

19.11.2019 İqtisadiyyat
0 0
Dekabrın 19-da, saat 15:00-da "Atasığorta" ASC-in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2020-ci il üzrə büdcə, sığorta ödənişləri və sığorta haqqı yığımları proqnozu layihəsinin təsdiqlənməsi məsələsi daxildir.

Xatırladaq ki, "Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. /Report