USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Lukoil"ın xalis borcu 50%-dən çox artıb

28.11.2019 İqtisadiyyat
0 0
Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan "Lukoil"ın III rübdə xalis borcu əvvəlki rüblə müqayisədə 52,6% artaraq 174 mlrd. rubla (2,72 mlrd. ABŞ dolları) çatıb.

Bu barədə "Kommersant.az"a şirkətin yaydığı məlumata istinadən xəbər verir.

Məlumata əsasən, 2018-ci ilin III rübünün yekunları ilə isə müqayisədə bu ilin analoji dövründə şirkətin xalis borcu 10,3% azalıb.

Qeyd edək ki, 170 mlrd. rubl (2,66 mlrd. dollar) məbləğində icarə də daxil olmaqla "Lukoil"ın ümumi borcu 621 mlrd. rubl (9,71 mlrd. dollar) təşkil edir.