USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palma yağı kəskin bahalaşıb

06.12.2019 İqtisadiyyat
0 2
Qlobal qida qiymətləri, ət və bitki mənşəli yağların beynəlxalq qiymətlərindəki artımlar ilə əlaqədar olaraq, iki ildən uzun müddətin ən yüksək səviyyəyə çataraq, Noyabrda da böyük artım qeyd edib.

"Marja" xəbər verir ki, qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO Qida Qiymətləri İndeksi, Noyabrda aylıq müqayisədə 2.7%, illik müqayisədə isə 9.5% artaraq 177.2 bəndə çatıb.

FAO Bitki mənşəli Yağ Qiyməti İndeksi Noyabr ayında 10.4% yüksəlib. Kanola və soya yağları da bahalaşıb. Palma yağının bahalaşmasının səbəbləri bu yağa qlobal tələbin artması və biyodizel istehsalı istifadəsindəki artım və gələn il gözlənilən aşağı məhsuldarlıqdır.

FAO Ət Qiyməti İndeksi, bir əvvəlki ay ilə müqayisədə rekord artımla 4.6% yüksəlib. Böyük və kiçik baş heyvanların qiymətləri tələbin artması ilə qalxır.

FAO Şəkər Qiyməti İndeksi, gələn il qlobal şəkər istehlakının istehsalı keçəcəyi proqnozu ilə 1,8% artıb.

Bunlara qarşı, FAO Taxıl Qiyməti İndeksi, dünyadakı qabaqcıl buğda ixracatçıları arasındakı rəqabət səbəbilə 1.2% geriləyib. Düyü qiymətləri Argentina və Braziliyada sabit qalsa da, ABŞ-ın qarğıdalı ixracı qiymətlərinin təsiri ilə indeks geriləyib.

FAO Süd Məhsulları Qiyməti İndeksi, Avropada süd istehsalının mövsümü olaraq azalması və qlobal tələbin sabit qalması səbəbilə Oktyabr ayından bu yana az da olsa artıb.