USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Samsung” Çindəki ən iri satış mərkəzini bağlayır

03.02.2020 İqtisadiyyat
0 0
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti Çində yayılmış koronavirusla (2019-nCoV) əlaqədar bu ölkədəki ən iri satış mərkəzini müvəqqəti bağlayacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi bildirib.

“Çindəki satış mərkəzimizi təhlükəsizliklə bağlı fevralın 9-na qədər bağlamaq qərarına gəlmişik. İşlərin bərpası ölkədəki vəziyyətdən asılı olacaq”, - o qeyd edib.

Sözügedən mərkəz ötən ilin oktyabr ayında Şanxayda açılıb və 800 kvadratmetr ərazini əhatə edir.

Xatırladaq ki, fevralın 1-də ABŞ-ın “Apple” korporasiyası da Çindəki satış mərkəzlərinin işini fevralın 10-na qədər dayandırdıqlarını elan edib.

Report