USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kriptovalyuta bazarındakı ucuzlaşmanın səbəbi nədir? - AÇIQLAMA

26.04.2021 İqtisadiyyat
0 0
Bir müddət öncə 63 min dollara qədər bahalaşan “Bitkoin”-nin qiyməti bir neçə gün ərzində 50 min dollara kimi ucuzlaşıb.

"Kommersant.az" xəbər verir ki, mütəxəssislər bunun ABŞ-da Co Bayden tərəfindən Vergi qanunverciliyinə yeni dəyişikliklər etməsi ilə bağlı olduğunu bildiriblər.

Qeyd olunur ki, artıq sözügedən dəyişikliyin müzakirə edilməsi üçün İnnovasiya qanunlarına qaşı baryerlərin ləğvi komissiyası və ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) ilə birlikdə rəqəmsal aktivlər üzrə işçi qrupu yaratmağı planlaşdırırlar.

Mütəxəssislər bildirir ki, əgər sözügedən dəyişiklik parlamentdə qəbul olunarsa, bu kriptovalyuta bazarının ciddi çətinliklərlə üzləşəcəyinə səbəb olacaq.