İpoteka ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

04.05.2021 İqtisadiyyat
Milli Məclisin bu gün keçirilən iclasında “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

"Kommersant.az"ın Trend.az-a istinadən verdiy məlumata görə, dəyişiklik layihəsinə əsasən, qanuna yeni 43.7-1-ci maddə əlavə olunur. Həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.

Bununla yanaşı, ipoteka ilə bağlı Vergi Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqında” qanuna dəyişikliklər təklif edilir. İrəli sürülən dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

  • Əvvəlki

    Şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği dəyişir

Digər xəbərlər

12.05.2021 İqtisadiyyat
Bu analizlər ödənişsizdir
0 0
12.05.2021 İqtisadiyyat
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
0 0