USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı

18.05.2021 İqtisadiyyat
0 0
Mayın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,16% – 34,327.79 bəndədək, S&P 500 indeksi 0,25% – 4,163.29 bəndədək, Nasdaq indeksi isə 0,38% – 13,379.05 bəndədək enib.

"Kommersant.az"ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, Avropa fond bazarlarında mayın 17-də FTSE 100 indeksi 0,15% – 7,032.85 bəndədək, Almaniyanın DAX indeksi 0,13% – 15,396.62 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,28% – 6,367.35 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,19% artaraq 1 869,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% artaraq 1,2165 dollar təşkil edib.