USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Gömrük Komitəsi xətti ilə büdcə daxilolmaları azalıb

07.06.2021 İqtisadiyyat
0 0
DGK xətti ilə büdcə daxilolmaları yanvar-mayda 2% azalıb.

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 662 021,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır.

Valyuta.az DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,7% artaraq 453 291,8 min manat təşkil edib.