USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Baktelecom” işçilərinin əməkhaqları qaldırılıb

05.07.2021 İqtisadiyyat
0 0
“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) əməkhaqları artırıb.

“Kommersant.az” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nəticədə fəhlə kateqoriyasından olan bir qisim işçinin əməkhaqları orta hesabla 18% artırılıb. Sözügedən kateqoriyadan olan əməkdaşlar iyun ayı üzrə maaşlarını iyul ayından müvafiq artımla əldə ediblər. Ümumilikdə, əməkhaqqı artımı 500 nəfərə yaxın işçiyə şamil edilib.